Azərbaycanlıların gedə biləcəyi 70 ölkə - TAM SİYAHI
Artiq ilbəil azərbaycanlıların vizasız səyahət etmək imkanı əldə etdiyi ölkələrin siyahısı genişlənir. Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə viza giriş zamanı verilən ölkələr aiddir.Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib:
“Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edəbilərlər.
Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyəöz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.
Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Lakin burada viza müddəti 30 gündür.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilən ölkələr isə bunlardır:
Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya (ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün, Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir. Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isəorada cəmi - 15 gün qala bilərlər.
Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:
- Albaniya
- Antiquda Barbuda
- Baham Adaları
- Barbados
- Belarus
- Bosniya və Hersoqovina
- Ekvador
- Fələstin
- Gürcüstan
- Haiti
- İndoneziya
- İran
- Kolumbiya
- Qazaxıstan
- Qətər
- Qırğızıstan
- Makedoniya
- Malayziya
- Mikroneziya
- Moldova
- Montoneqro
- Namibiya
- Özbəkistan
- Rusiya
- Sent –Vintsent və Qrenadin
- Tacikistan
- Türkiyə
- Ukrayna
Viza giriş zamanı verilən ölkələrin siyahısı:
- Banqladeş
- Boliviya
- Cibuti
- Dominika
- İordaniya
- Kamboca
- Kabo –Verde
- Qəmər adaları
- Qvineya Bisao
- Livan
- Laos
- Makao
- Malavi
- Maqadaskar
- Marşal adaları
- Maldiv adaları
- Mavritaniya
- Mozambik
- Mavrikiy
- Nepal
- Nikaraqua
- Palau
- Nepal
- Ruanda
- Samoa
- Seyşel adaları
- Şərqi Timor
- Toqo
- Tanzaniya
- Tuvalu
- Uqanda
- Yamayka
- Zimbabve
Qeyd edək ki, asanlaşdırılmış elektron viza verən ölkələri də nəzərə alsaq, Azərbaycan vətəndaşlarının ənənəvi qaydada viza almadan gedə bildikləri ölkələrin sayı 66-dır.