Dünyada insan həyatı üçün ideal iqlimi olan 7 ölkə
Əlverişli iqlim nədir? Bu anlamı bir çox faktorlar formalaşdırır. Havanın temperaturu, rütubəti, atmosfer təzyiqi, küləyin sürəti, günün işıqlı hissəsinin uzunluğu və s. Kimsə qar və şaxtalı havanı sevir, xızək sürmək və qartopu oynamaq imkanını heç nəyə dəyişməz. İsti hava şəraiti onları yorur və həyatını dözülməz edir. Lakin digərlər üçün həmin şaxtalı havada olmaq çox ağır gəlir. Onların həyatını isti günəş, qaynar qum sahillərini və dənizdə üzmək gözəlləşdirir. Biz hamımız fərqliyik, amma buna baxmayaraq yer üzərində hər birimizin rahat hiss edəcəyimiz yerlər var. Planetimizdə belə bir cənnət həqiqətən mövcutdur. Yeni bir yaşayış yeri axtardığınız zaman və ya səyahət üçün yeni istiqamət araşdırarkən ilk növbədə iqlimə, ətraf mühitə və ekologiyaya diqqət yetirmək çox vacibdir.
Okinava və Ryuko. Yaponiya
Yaponiya adalarında iqlim və təbiət çox unikal və dəyişkəndir. Bura müxtəlif təbii hadisələrə – tsunami və tayfunlara məruz qalır. Məsələni seysmik aktivlik daha da ciddiləşdirir. Amma ölkənin cənubunda Ryukyu adaları vardır ki, bu adaları həqiqətən yer üzündə cənnət adlandırmaq olar. Ryuko adalarınln ən böyük adası olan Okinava adasının sahəsi 1.206.98 km2 olub, iqlimi rütubətli subtropik qurşağına aiddir. Çimərlik mövsümü aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. Qış ayları dənizdə çimmək üçün əlverişli olmasa da, hava yumuşaq və mülayim keçir. Çox vaxt havanın temperature +20 ° C aşağı düşmür.
Yunanıstan
Çoxlu sayda faktorlar – dağlar, çimərliklər və adalar bu möhtəşəm aralıq dənizi iqlim yaradır. Ölkənin müxtəlif bölgələrində üç iqlim zonası – Aralıq dənizi, Alp və Orta Avropa iqlim zonaları mövcutdur. İqlim rangarəngliyi ilə yanaşı faunanın zənginliyi, əsrlər boyu insanların diqqətini cəlb edirdi. Yumuşaq və rütubətli qış (havanın orta temperatura +10 C) və isti, quru yay (havanın orta temperatur + 32 C) buradaki bitki örtüyünün bu qədər mükəmməl formalaşmağının əsas səbəbidir. Çimərlik mövsümü may ayından başlayaraq oktyabr ayına qədər davam edir. Əlbətdə Yunanıstanda yay aylarında dözülməz dərəcədə isti ola biləcək yerlər var, amma bu yerlərdən qaçaraq, kölgədə, sərin meh olan yeri tapa bilsəniz, həyatdan komfort şəkildə həzz ala bilərsiz. Yunanıstan iqlimi xəstəliklərin müalicəsində yardımçı olan ölkələrin siyahısında daxil olunur.
Kaliforniya ştatı, ABŞ
Bu yerlərin iqlimi inanılmaz komfortludur. Günəşli günlərin sayı təxminən 310 gündür. Bəzən qışda Kaliforniya çox sərin olur, lakin bu ştatın şimal və kontinental bölgələrində aiddir. Məhs kontinental Californiada rekord yüksək temperaturda 56.7 ° C qeydə olunmuşdur. Buna baxmayaraq okeandan gələn hava axını sahilin temperaturu azaldır, nəticədə sərin yayı və isti qışı olan cənnət bir ərazini yaradır. Qışın orta temperatura +15 C etrafinda dəyişit və mövsümü yüngül bir gödəkcə ilə yola verə bilərsiniz.
Fransanın cənub-şərqi
Fransız Rivierasının unikal gözəlliyi hər kəsə məlumdur. Hündürlüyü 3000 metrə çatan dağlar, bitki örtuyu və sahili Kaliforniyaya çox bənzəyir. İldə 300-ə qədər gün günəşli keçir. Bu gözəl mənzərəli yerdə, bizim bildiyimiz qış, tam anlamında mövcut deyil. Bəzən qış aylarında havanın temperaturu +20 C-ə qədər yüksələ bilər . Burada yüksək rütubətlik müşahidə olunmur. Heç istəsəz belə yağmurun altına düşə bilməzsiz, çünki yağışlar burada kifayət qədər az yağır. Burada qar da qeyri adi hadisədir. Təxminən hər 10-15 ildən bir dəfə yağır.
San Paulu, Braziliya
San Paulu- flora və fauna baxımından inanılmaz bir yerdir. Şəhərin kənarında çoxlu sayda təbii qoruqlar və parklar tapa bilərsiniz. Əksəriyyəti qırmızı kitaba daxil olan çoxlu növ nadir ekzotik heyvanların mövcutluğu xeyli turisti cəlb edir. Eyni zamanda, San Paulu şəhəri inanılmaz sayda muzey və abidələrlə zəngin olan nəhəng meqapolisdir. Bu şəhər, Braziliyanın cənub-şərq hissəsində yerləşir. Buranın komfort temperaturun olması da kiçik rol oynamır. Çox vaxt qışda havanın temperaturu + 18 C-dən aşağı düşmür. Yay aylarında temperatur +30 C-yə qədər qızır. San Pauluda rütubətli subtropik iqlim hökm sürürdüyü üçün tez-tez yağış yağır.
Kanar adaları, İspaniya
Kanar adalarında və başqa sözlə “əbədi bahar adalar”-ın iqlimi İspaniyanın ən yaxşı iqlimi kimi tanınır. Burada həddindən artıq mövsümü yağışların olmadığı kimi kəskin temperatur fərqləri də baş vermir. Havanın kifayət qədər quru və isti olması tənəffüs, dayaq aparatı sistemlərinə və ümumiyyətlə sağlamlığın vəziyyətinə çox yaxşı təsir göstərir. Afrikadan quru və çox isti hava axını şimal-şərqdən əsən rütubətli hava sərin küləklər tərəfindən yumşalır və nəmlənir. Beləcə Kanar adalarının unikal iqlimi yaranır.
Malta
Malta – dəfələrlə planetin ən yaxşı iqlimi olan ölkələr siyahısında birinci yeri tutub. Burada tipik Aralıq dəniz iqlimi hökm sürür. Çox mülayim və komfortdur. Güclü külək, qar və şaxtalı hava demək olar ki rast gəlinmir. İl ərzində yağıntının orta miqdarı cəmi 585 mm-dir. Qış çox yumşaq keçir, havanın orta temperaturu 15 C-dir. Yayda olduqca isti olur, iyul-sentyabr ayları ərzində hava istiliyi 35-38 ° C-yə qədər qalxır. Amma buna baxmayaraq, rütubətin aşağı olması isti havanın insanlar trəfindən yaxşı keçirtməsinə kömək edir.